Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Santexnik 8 dildən tərcümə edən qulaqcıq yaratdı

Avstraliyada dünyada ilk dəfə olaraq kəlmələri ən azı 8 dilə avtomatik tərcümə etməyi bacaran universal cihaz istehsal edilib. 

İKT.lent.az-ın Rueconomics.ru saytına istinadən məlumatına görə, tərcüməçi cihazı tərtib edən isə adi santexnikdir. Süni intellekt əsasında yaradılan cihaz “One2One” adlandırılıb. 

Qeyd etmək lazımdır ki, cihaz internet və ya “Bluetooth” istifadə etmədən şəxsi tərcümə alqoritmi ilə təchiz edilib. Bu gün tərcüməçi qulaqcıq ingilis, çin, ispan, alman və digər dillərdən sözlər və kəlmələri tərcümə edə bilir. 

Belə bir qulaqcığın qiyməti isə 180 dollar təşkil edir.

LENT

23 İyun 2017
22 İyun 2017
21 İyun 2017
20 İyun 2017