Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Elektron siqaretlər kompüterlər üçün də təhlükəlidir

İnformasiya təhlükəsizliyi sahəsində mütəxəssislər əmin edirlər ki, hakerlər elektron siqaretdən istifadə edərək asanlıqla kompüteri sındıra bilərlər.
 
İKT.lent.az-ın Rueconomics.ru saytına istinadən məlumatına görə, elektron siqaretlərdə standart USB port var ki, onun vasitəsilə enerji dolduran cihaz qoşulur. Bir çox elektron siqaret istifadəçisi isə bu USB-ni fərdi kompüterlərinə qoşmağa üstünlük verirlər.
 
“Planet Today” nəşrinin yazdığına görə, informasiya təhlükəsizliyi sahəsində mütəxəssislər əmin edirlər ki, populyar cihazların akkumulyator batareyalarında xüsusi mikroçiplər quraşdırıla bilər ki, onlar da cihazın masaüstü kompüterə qoşulması ssenarisinə cavabdehlik daşıyır. 
 
Beləliklə, hakerlər tərəfindən modifikasiya olunmuş batareyadan istifadə olunaraq, elektron siqaretin sahibləri özlərinin bütün məlumatlarını təhlükə altına atırlar.

LENT

18 Avqust 2017
17 Avqust 2017
16 Avqust 2017
15 Avqust 2017