Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Pilotsuz sürət qatarı layihəsi reallaşır - AVROPADA

2019-cu ildə Fransada özüidarəolunun TGV sürət qatarının prototipinin sınaqları başlayacaq.

 

İKT.lent.az-ın “The Verge” portalına istinadən verdiyi məlumata görə, Fransa Milli Dəmiryolu operatoru olan CNCF qarşısına belə məqsəd qoyub. Dövlət şirkəti 2019-cu ildə prototipin testlərinə başlamağı planlaşdırıb.  

 

Yeni TGV elektrik qatarı maneələri aşkarlayan datçiklərlə təchiz olunacaq və avtomatik tormozlama edə biləcək. Pilotsuz qatarı kənardan idarə etmək mümkün olsa da, qısamüddətli perspektivdə hər ehtimala qarşı maşinistlər prosesə nəzarət edəcək. Layihə uğurlu alınsa, CNCF dünyada özüidarəolunan sürət qatarı istifadəyə verən ilk qurum olacaq.

 

Pilotsuz qatar yaratmaqda məqsəd hərəkətin sürətini və səfərlərin intensivliyini artırmaqdır. Bu, xüsusən Paris üçün aktualdır. Operator hesab edir ki, avtomatik sistem Paris və Lion arasında səfərlərin sayını 25% artıracaq.

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017