Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Azərbaycan qlobal kibertəhlükəsizlik indeksində ilk 50 ölkə arasında!

Beynəlxalq Telekommunikasiya Şurası (ITU) 2017-ci il üzrə Qlobal kibertəhlükəsizlik indeksini açıqlayıb.

 

İKT.lent.az-ın “APA-Economics"ə istinadən verdiyi məlumata görə, indeks ITU-nun üzvü olan ölkələrin kibertəhlükəsizliyə məruz qalma səviyyəsini özündə əks etdirir. 193 ölkəni özündə birləşdirən indeks qanunvericilik bazasını, texniki məlumatlar, təşkilati məsələlər, kooperasiya kimi məsələləri əhatə edir.

 

Azərbaycan indeksdə 48-ci yeri (0.559 bal) tutub.


Qonşulara gəlincə, Gürcüstan 8-ci, Rusiya 10-cu, Türkiyə 43-cü yeri tutub. Ermənistan isə siyahının autsayderlərindədir - 111-ci yer. Ermənistanla yanaşı, kibertəhlükələrə daha çox məruz qalan Əfqanıstan, Özbəkistan, Zimbabve, Liviya, Bosniya və Herseqovina indeksin ən aşağısında qərarlaşıb.

 

Reytinqin sonuncusu pilləsində Ekvatorial Qvineyadır.

 

İndeksin lideri Sinqapurdur. İkinci və üçüncü yerləri ABŞ və Malayziya bölüşdürür.

LENT

18 Avqust 2017
17 Avqust 2017
16 Avqust 2017
15 Avqust 2017