Bu bölmə Bakcell tərəfindən təqdim olunur

AppLab proqramının iştirakçısı startap müsabiqəsində qalib oldu

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkətinin Applab proqramında iştirak edən layihələrdən biri özünün ilk uğuruna imza atıb.

 

Şirkətdən İKT.lent.az-a verilən məlumata görə, proqram üzvü olan “Mango” layihəsi ADA Universitetində keçirilən “1st ADA University Ideation Competition” müsabiqəsində 20 namizəd arasında ən innovativ layihə kimi birinci yeri tutub.

 

Qeyd edək ki, “Mango” istifadəçilərə onların istək və tələblərinə uyğun olaraq səhər yeməyini, nahar və şam yeməyini harada yeməyi asanlıqla seçməyə kömək edən mobil tətbiqdir. Bununla yanaşı proqram istifadəçiləri “Mango”nun köməyi ilə müxtəlif restoranlar barədə onları maraqlandıran suallara avtomatik şəkildə cavablar ala biləcəklər. Proqram "Facebook" və digər sosial şəbəkələrlə sinxron qaydada istifadə oluna biləcək.

 

Hazırda “Mango” komandasında ADA Universitetində təhsil alan 4 tələbə fəaliyyət göstərir. Onlar layihə ideyasının mobil tətbiqetməyə çevrilməsi üçün “Applab” proqramının ofisində 6 ay müddətində işləyəcək, "Bakcell" şirkəti və tərəfdaşları tərəfindən təqdim olunan müxtəlif təlim və seminarlarda iştirak edəcək, peşəkar məsləhətlər alacaqlar.

 

AppLab regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir. 

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017