Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Bosch”dan mikroçip istehsalına 1 milyard yatırım

Almaniyanın məşhur “Robert Bosch GmbH” şirkəti Drezden şəhərində yeni müəssisə inşa etməyə hazırlaşır.

 

İKT.lent.az-ın xəbərinə görə, şirkət pilotsuz avtomobillər üçün mikroçiplər hazırlayacaq yeni müəssisənin tikintisinə 1 milyard avro yatırım qoyacaq. Şirkətin mətbuat açıqlamasında bildirilir ki, müəssisə 2019-cu ildə fəaliyyətə başlayacaq və orada 700 nəfər çalışacaq.

 

Qeyd edək ki, “Bosch” müxtəlif avtomobil sistemləri üçün proqram təminatı və mikroçiplər istehsal edir. Şirkətdən qeyd olunub ki, 2016-cı ildə konveyerdən keçən hər avtomobildə “Bosch” istehsalı olan orta hesabla 9 mikroçip quraşdırılıb.

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017