Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Gələcək başladı: bu da təkərli pilotsuz mağazalar... -

İsveçin “Wheelys” şirkəti Şanxayda “Moby” adlı bütün sutkanı fəaliyyət göstərən mobil supermarketi sınaqdan keçirir.

İKT.lent.az-ın Riafan.ru saytına istinadən məlumatına görə, kiçik təkərli mağaza günəş enerjisi ilə işləyir və anbara dönərək məhsul ehtiyatını avtomatik olaraq doldurur.

Hərəkətli mağazanın xidmətlərindən istifadə etmək üçün xüsusi mobil əlavəni yükləmək lazım gələcək. Bundan sonra smartfon mağazaya bir növ özunəməxsus giriş olacaq. Kiçik dükanda eyni anda 4 nəfərdən artıq insan daxil ola bilməz.

“Wheelys”in mətbuat xidməti bildirir ki, “Moby Mart” süd, hazır naharlar, reseptsiz dərmanlar kimi ani istifadə edilə biləcək məhsullar təklif edir. Bununla belə, şirkət qeyd edir ki, onların mağazası tam olaraq ekolojidir, günəş batareyası ilə çalışır və havanı filtrdən keçirir. 
 
Alıcılar məhsulların ştrix kodlarını skan edir və çıxışda onların bank hesablarından avtomatik olaraq ödəniş çıxılır.

 

 

LENT

22 İyul 2017
21 İyul 2017
20 İyul 2017
19 İyul 2017