Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“OnePlus 5” smartfonu təqdim olundu -

Çinin “OnePlus” şirkəti iyunun 20-də rəsmi olaraq özünün “OnePlus 5” flaqman smartfonunu təqdim edib.

 

İKT.lent.az-ın “Phone Arena”ya istinadən verdiyi məlumata görə, təxmin edildiyi kimi, “OnePlus 5” FullHD icazəli 5,5 ölçülü AMOLED displeyə malikdir. Bu smartfon “Qualcomm Snapdragon 835” prosessoruna, 6 və ya 8 GB əməliyyat, 64 və ya 128 GB əlavə yaddaşa malikdir.

 

Yeni “OnePlus 5” flaqmanı öndən və arxadan zahirən “iPhone 7 Plus” smartfonunu xatırladır. “iPhone 7 Plus”da olduğu kimi, “OnePlus 5” ikili genişbucaqlı və teleobyektivli əsas kameraya malikdir. Müvafiq modellərin genişlənməsi isə 16 və 20 meqapikseldir. Frontal kameranın həcmi 16 meqapikseldir. Smartfonun əsas kamerası şirkətin daha öncəki “OnePlus 3T” smartfonundan 40 faiz daha tez fokuslana bilir. İstifadəçilər RAW formatında da çəkiliş edə biləcəklər. “OnePlus 5” LTE şəbəkəsini dəstəkləyir və 2 SİM kartla, 3,5 mm həcmində qulaqcıq üçün dəliyə malikdir. Batareyanın həcmi 3300 mAs təşkil edir. Smartfon “Android 7.1.1 Nougat” əməliyyat sistemi ilə çalışacaq. Ölçüləri 74,1*154,2*7,25 mm, çəkisi 153 qramdır.

 

“OnePlus 5” ABŞ və Avropa bazarlarına iyunun 27-də çıxacaq. Onu iki rəngdə - qara və boz rənglərdə əldə etmək mümkündür. Smartfonun 6 GB əməliyyat yaddaşlı və 64 GB əsas yaddaşlı versiyasının qiyməti 479 dollar, 8 GB və 128 GB yaddaşlı versiyasının qiyməti 539 dollardır. Avropada isə qiymət müvafiq olaraq 499 və 559 avro təşkil edəcək.

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017