Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Samsung Electronics”dən gəlir rekordu

Analitiklər gözləyir ki, cari rübün nəticələrinə əsasən “Samsung Electronics” əməliyyat gəlirlərinin həcminə görə dünyanın bütün şirkətlərini geridə qoyacaq.

 

İKT.lent.az-ın məlumatına görə, “Samsung” hətta “Apple” və “İntel” şirkətlərini də ötəcək.

 

Gözlənilir ki, “Samsung” əməliyyat gəlirlərində 12,3 milyard dollarlıq göstəriciyə nail ola bilər. “Apple”ın göstəriciləri isə 10,55 milyard dollar həcmində proqnozlaşdırılır. Cənubi Koreya nəhənginin bu cür göstəriciləri yarımkeçiricilər biznesindəki ciddi artım tempi ilə izah edilir. Hesab edilir ki, təkcə bu istiqamət cari rübdə şirkətə 6 milyard dollar əməliyyat gəliri gətirəcək.

 

“Facebook”, “Amazon”, “Netflix”, “Google” kimi şirkətlərin ümumi əməliyyat gəlirləri 11,15 milyard dollar səviyyəsində proqnozlaşdırılır.

LENT

24 İyul 2017
22 İyul 2017
21 İyul 2017
20 İyul 2017