Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Cek Ma: “İnsanlar gündə 4 saat çalışacaq”

“Alibaba Group”un yaradıcısı və rəhbəri Cek Ma 30 il sonra insanların gündə yalnız 4 saat çalışacaqlarını bildirib.

 

İKT.lent.az-ın CNBC-yə istinadən verdiyi məlumata görə, çinli biznesmen həm iş saatının qısa olacağını, həm də insanların həftədə 4 gün çalışacaqlarını deyib: “Mən düşünürəm ki, 30 il sonra insanlar gündə 4 saat və mümkündür ki, həftədə 4 gün işləyəcək. Mənim babam kənd təsərrüfatı işləri ilə 16 saat məşğul olurdu və hesab edirdi ki, çox məşğuldur. Biz 8 saat işləyirik və hesab edirik ki, çox məşğuluq”.

 

C. Ma insana bənzəyən robot-maşınların yaradılmasının gərəksiz olduğunu söyləyib. Onun fikrincə, maşın heç vaxt insanın təcrübəsinə və müdrikliyinə çata bilməz.

LENT

20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018
13 İyun 2018