Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Google” Rusiyada açıldı

 

“Google” axtarış sisteminin Rusiyada bloklanmasının səbəbi aydın olub.

 

İKT.lent.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Rusiya Federasiyasının Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalara nəzarət üzrə Federal Xidməti - “Roskomnadzor”un rəsmi nümayəndəsi Vadim Ampelonski bildirib ki, “Google”un səhifələrindən iki bukmeker kontoruna yönləndirmə mövcud olub. Bu kontorlar isə Rusiya ərazisindən qadağan edilib: “Google.ru saytında səhifələrin birindən bizim daha əvvəl blokladığımız bukmeker kontorunun saytına redirekt – yönləndirmə var idi”.

 

V. Ampelonski bununla bağlı “Google”a müraciət etdiklərini və “Roskomnadzor”un tələbinin yerinə yetirildiyini deyib. Nəticədə “Google” “qara siyahı”dan çıxarılıb.

 

Xatırladaq ki, “Google.ru” səhifəsi iyunun 14-də “Roskomnadzor” tərəfindən qadağan edilən informasiya reyestrinə daxil edilib.

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017