Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Yağışda islanan Putin və Medvedev internet-memə çevrildi -

İyunun 22-də - Xatirə və kədər günündə Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedev Moskvada naməlum əsgərin məzarına çələng qoyublar.

 

İKT.lent.az-ın xəbərinə görə, mərasim zamanı güclü yağış yağıb, nəticədə Putin və Medvedev bərk islanıblar.

 

İslanmış hökumət başçısının narazı sifətinin və prezidentin ona baxışının əks olunduğu foto internetdə sürətlə populyarlaşıb və memə çevrilib. İstifadəçilər foto ilə bağlı satirik-yumoristik şərhlər yazıblar, Medvedevlə "mırt tutublar".  

 

Xatırladaq ki, 1941-ci il iyunun 22-də faşist Almaniyası SSRİ-yə hücum edib.

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017