Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Kasperski: "Azərbaycan prezidenti kibertəhlükəsizliyə böyük əhəmiyyət verir"

Azərbaycanda səfərdə olan "Kaspersky Lab" şirkətinin təsisçisi və baş direktoru Yevgeni Kasperski bir sıra rəsmi şəxslərlə görüşəcək.

 

İKT.lent.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, bu barədə şirkət rəhbəri yerli KİV nümayəndələri ilə nahar zamanı deyib.

 

Bu gün Y. Kasperski təhsil naziri Mikayıl Cabbarovla görüşəcək. "Görüş çərçivəsində təhsil sektorunda kibertəhlükəsizlik məsələləri müzakirə olunacaq", - deyə o bildirib.

 

Şirkət rəhbəri əlavə edib ki, sabah SOCAR və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi ilə fikir mübadiləsi aparacaq: "Biz adıçəkilən qurumlarla sıx əməkdaşlıq etmək niyyətindəyik. Görüş çərçivəsində gələcək əməkdaşlığın perspektivləri müzakirə olunacaq. Maraqlı bir məqam var. Ölkə başçısı İlham Əliyev kibertəhlükəsizlik sahəsinə böyük əhəmiyyət verir. Sevindiricidir ki, prezident Əliyev bu sahədə hansı ssenarilərin baş verə biləcəyini yaxşı anlayır. Buna görə, prezident bizim SOCAR və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi ilə əməkdaşlıq etməyimizi istəyir".

LENT

24 İyul 2017
22 İyul 2017
21 İyul 2017
20 İyul 2017