Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"Google"a qarşı şok cərimə qərarı - 2,4 MİLYARD!

Avropa Komissiyası “Google”un daxil olduğu “Alphabet” şirkətinin rekord miqdarda cərimələnməsi barədə qərar qəbul edib.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə komissiyanın saytında məlumat verilib.

 

Avropa Komissiyası “Google”u axtarış sistemləri bazarındakı dominant mövqeyindən sui-istifadə etməkdə ittiham edərək şirkətə 2,42 milyard avro cərimə kəsib. Avropa qurumu hesab edir ki, “Google” mal və xidmətlər barədə axtarış nəticələrini qəsdən elə qurub ki, şirkətin kommersiya tərəfdaşları ilk sıralarda çıxsın.

 

“Financial Times” yazır ki, bu cərimə antiinhisar işləri üzrə çıxarılan ən yüksək cərimə qərarıdır. Daha əvvəl ABŞ-ın “İntel” şirkəti Avropada 1,06 milyard avro cərimələnmişdi.

LENT

20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017