Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"Facebook" istifadəçilərinin sayı 2 milyard nəfərə çatdı

"Facebook" sosial şəbəkəsi istifadəçilərinin sayı 2 milyard nəfərə çatıb.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə "Facebook"un qurucusu Mark Zukerberq özünün profilində məlumat verib.

 

Onun statusu aşağıdakı kimidir: “Bu səhər etibarilə "Facebook" istifadəçilərinin sayı 2 milyard nəfərə çatıb. Dünyanı birləşdirən bir irəliləyiş qeyd edirik və indi də dünyanı bir-birinə yaxınlaşdıraq. Bu səfərdə sizlərlə birlikdə olmaq bir qürurdur”.

 

Qeyd edək ki, "Facebook"un əsası 2004-cü ildə Mark Zukerberq və onun otaq yoldaşları Eduardo Saverin, Dastin Moskovits və Kris Hyuz tərəfindən qoyulub və dünyadakı ən böyük sosial şəbəkədir. İlk adı "The Facebook" olub.

LENT

24 İyul 2017
22 İyul 2017
21 İyul 2017
20 İyul 2017