Bu bölmə Bakcell tərəfindən təqdim olunur

ABŞ senatorlarından “Kasperski”yə qadağa tələbi!

ABŞ Senatının Silahlı Qüvvələr Komitəsi Pentaqona təklif edib ki, “Kasperski Laboratoriyası”nın proqram təminatından istifadə qadağan olunsun.    

 

İKT.lent.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, demokrat senator Cin Şahin (Jeanne Shaheen) qanunvericiliyə bu barədə düzəliş təklif edib. Senator deyib ki, “Kasperski Laboratoriyası” ilə Kreml arasında əlaqələr böyük həyəcan doğurur və milli təhlükəsizliyin təmin olunması üçün həyati əhəmiyyətli olan kritik infrastrukturun, kompüter sistemlərinin müdafiəsini bu şirkətə etibar etmək olmaz. C. Şahin bu məsələdə Konqres və Tramp administrasiyası arasında konsensus olduğunu söyləyib.

 

Düzəlişin qüvvəyə minməsi üçün əvvəlcə onun Senatda və Nümayəndələr Palatasında qəbulu və daha sonra prezident tərəfindən imzalanması tələb olunur.
 

Qeyd edək ki, düzəliş təklifi “Kasperski Laboratoriyası”nın ABŞ-dakı ofislərinin əməkdaşlarının Federal Təhqiqatlar Bürosunun (FBI) agentləri tərəfindən dindirilməsi xəbəri ilə eyni vaxta təsadüf edib. Əks-kəşfiyyat fəaliyyəti çərçivəsində aparılan dindirmə iyunun 27-də baş tutub. Agentlər ABŞ-dakı ofislərin Moskvadakı baş ofisə nə dərəcədə ətraflı hesabat təqdim etməsi ilə maraqlanıblar. Ümumilikdə 10-dan çox əməkdaşın ifadəsi alınıb. CBS telekanalı “Kasperski Laboratoriyası”nın rəhbəri Yevgeni Kasperskinin Rusiya kəşfiyyatı ilə sıx əlaqələri olduğunu bildirib.  
 

LENT

22 İyul 2017
21 İyul 2017
20 İyul 2017
19 İyul 2017