Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Petya” virusunun yayılma mənbəyi məlum oldu

ESET şirkətinin mütəxəssisləri müəyyən ediblər ki, “Petya” virusunun yayılma mənbəyi Ukraynada geniş istifadə olunan yoluxmuş “M.E.Doc” mühasibatlıq proqramları olub. 

İKT.lent.az “Russia Today” televiziyasına istinadən bildirir ki, virusla yoluxma istifadəçilər yenilənmiş proqramları yüklədikdən sonra baş verib. Bundan sonra haker hücumu Avropa, Asiya və Amerika ölkələrinə qədər yayılıb.  

“İzvestiya” qəzeti isə xatırladır ki, korporativ şəbəkənin “Petya” virusu ilə yoluxması üçün cəmi bircə ədəd nasaz kompüterin olması kifayətdir. Bundan sonra proqram digər cihazlara da yayılmağa başlayır.

Əlavə edək ki, “Petya” virusunun ən böyük hücumun sayı Ukrayna, İtaliya və İsrailin payına düşüb.

LENT

17 İyul 2018
16 İyul 2018
14 İyul 2018
13 İyul 2018