Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"Bakcell" Silahlı Qüvvələr gününə həsr edilmiş yarış keçirdi -

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti jurnalistlər arasında Azərbaycan Respublikasının Silahlı Qüvvələri gününə həsr edilmiş atıcılıq üzrə yarış keçirib.

 

İKT.lent.az-ın xəbərinə görə, Bakı Atıcılıq Mərkəzində təşkil olunan bu yarışda müxtəlif media resurlarını təmsil edən 40-dan artıq jurnalist iştirak edib.

 

Yarışdan öncə atıcılıq üzrə milli yığma komandanın baş məşqçisi Rəhim Cavadi jurnalistlərlə tanış olub və onlar üçün təlim keçirib. Təlimdən sonra jurnalistlər öz istəklərinə uyğun olaraq iki qrupa ayrılaraq Stend atıcılığı və Güllə atıcılığı üzrə yarışlara qatılıblar.

 

Yarışın nəticələri aşağıdakı kimidir:

 

Yarış növü

Nəticə

İştirakçının adı

Təmsil etdiyi qurum

Stend atıcılığı

1-ci yer

Valeh Dadaşov

Report İnformasiya Agentliyi

Stend atıcılığı

2-ci yer

Hüseyn Vəliyev

Trend İnformasiya Agentliyi

Stend atıcılığı

3-cü yer

Famil Fərhadoğlu

Müstəqil jurnalist

Güllə atıcılığı

1-ci yer

Səbuhi Qafarov

www.afn.az

Güllə atıcılığı

2-ci yer

Ceyhun Rasimoğlu

Səs İnformasiya Agentliyi

Güllə atıcılığı

3-cü yer

Tural Tağıyev

Palitra qəzeti

 

 

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017