Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Instagram” spamlara filtr tətbiq edəcək

“İnstagram”da canlı yayımlar və postlarda yazılan şərhlərə spamları blok edən filtr yaradılıb.

İKT.lent.az-ın xəbərinə görə, bu barədə Gazeta.ru saytına sosial şəbəkənin mətbuat xidmətindən məlumat verilib. 

Filtr rus dili də daxil olmaqla, doqquz dildə işləyəcək. “İnstagram” nümayəndələrinin sözlərinə görə, yeni alət platformada təhlükəsiz və müsbət ab-havanı qoruyub saxlamağa imkan verəcək. Filtr maşın texnologiyasının tədrisi sayəsində spamı müəyyən edə biləcək.  

Bundan başqa, artıq “Instagram” digər filtrini də elan edib. Bu filtr isə təhqiramiz şərhlərin dərc edilməsinin qarşısı almağa imkan verəcək.

Bundan əvvəl isə məlum olub ki, “İnstagram” əlavəsi daha iki yeni “Stories” növü əlavə edib. 

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017