Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Microsoft” 2021-ci ilə qədər 17 milyon “Xbox One X” satacaq

“DFC Intelligence” agentliyinin mütəxəssisləri “DFC Intelligence” ilə bağlı proqnozlarını bölüşüblər.

İKT.lent.az-ın “dailymail.co.uk” saytına istinadən məlumatına görə, onların fikrincə, “Xbox One X” oyun avadanlığı 4K televizorlarının populyarlığının artmasına rəğmən, çox tələb duyulan cihaz olmayacaq. 

Proqnoza əsasən, 2021-ci ilə qədər dünyada 17 milyon ədəd “Xbox One X” oyun avadanlığı satılacaq. Buna səbəb isə cihazın baha olmasıdır. Beləliklə, 2021-ci ilə qədər istisnasız olaraq “Xbox One” avadanlığının bütün modelləri 63 milyon ədəd satışa çata bilməyəcək. Eyni zamanda platformanın əsas rəqibi olan “Play Station 4” oyun avadanlığı artıq 60 milyon tirajla tam olaraq satılıb.  

Qeyd edək ki, “Xbox One X” “Xbox One” üçün istehsal edilmiş bütün oyun və aksessuarları dəstəkləyəcək. Cihaz 2017-ci ilin noyabrın 7-də satışa 1 148 manat və ya 676 ABŞ dolları qiymətində çıxarılacaq.

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017