Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Bakcell”dən “YouTube” istifadəçiləri üçün yeni internet paketləri

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti ən populyar video platformalarından biri olan “YouTube”dan istifadənin kütləviliyini nəzərə alaraq abunəçilər üçün eksklüziv “YouTube” internet paketini istifadəyə verib.

 

İKT.lent.az-ın xəbərinə görə, təqdim olunan yeni məhsul sayəsində "Bakcell" abunəçiləri video izlədikləri zaman sərf edilən internet trafikinə və ya balansdakı vəsaitə qənaət edə biləcəklər.

 

“YouTube” internet paketlərinin trafikin həcminə uyğun olaraq aşağıda qeyd edilən iki növü var:

 

Paketlər

Trafik həcmi

Aktivləşdirmə kodu

Qiymət

YouTube 1

2 GB

*530*2000#YES

2 AZN

YouTube 2

5 GB

*530*5000#YES

4 AZN

 

 

Paketin istifadə müddəti 7 gün təşkil edir. Bu müddət bitdikdən sonra İnternetdən istifadə üçün xidmət haqqı abunəçinin tarifinə uyğun olaraq balansdakı vəsaitdən və ya mövcud internet paketindən çıxılacaq.

 

Qeyd edək ki, abunəçi “YouTube” internet paketini digər internet paketləri ilə paralel qaydada istifadə edə bilər. Bu halda əsas adi internet paketindən “Youtube” istifadəsi üçün trafik çıxılmayacaq.

 

Bu yeni məhsulunun daha bir üstün cəhəti ondan ibarətdir ki, abunəçi balansındakı “YouTube” üçün nəzərdə tutulmuş trafiki “Wi-Fi Hotspot” vasitəsilə digər cihazlarla da paylaşa bilərlər.

 

Bütün qeyd edilənlərə əlavə olaraq, internet paketindən istifadə edən abunəçilər “Bakcell”in pulsuz Wi-Fi xidmətindən faydalana bilərlər. Bu xidmətdən bir çox yerdə: restoran, mehmanxana, kafe, park və hətta taksilərdə (189 Taksi xidməti) istifadə etmək mümkündür.

 

“Bakcell”in pulsuz Wi-Fi xidməti barədə ətraflı məlumat üçün keçid: https://www.bakcell.com/az/bakcell-wi-fi

 

Azərbaycanda ən sürətli mobil şəbəkə xidmətləri təchizatçısı adına layiq görülmüş "Bakcell" gələcəkdə də ən innovativ mobil data məhsulları ilə abunəçilərini sevindirməyə davam edəcək.

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017