Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Almaniyadan sosial şəbəkələrə rekord cərimə təhdidi!

Almaniya Bundestaqı düşmənçilik və zorakılığı təbliğ edən yazıları operativ şəkildə silməyən sosial şəbəkələrin böyük məbləğdə cərimələnməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.

 

İKT.lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, “Facebook”, “Twitter” və digər sosial şəbəkələr qanunsuz məzmuna malik, zorakılığa çağıran, düşmənçilik yayan, elə də yalan olan paylaşımları 1 sutka ərzində silməsələr, 5 milyon avro miqdarında cərimə edilə bilərlər. Əgər qanun pozuntusu çox ciddidirsə, cərimənin məbləğinin 50 milyon avroya çatması mümkündür.

 

Qanun oktyabr ayında qüvvəyə minəcək.

 

“Facebook” bildirib ki, şirkət Almaniya hökumətinin internetdə zorakılıq, düşmənçilik dili ilə mübarizəsini tam dəstəkləyir, lakin bu qanun problemin həllinə kömək etməyəcək. Rəqəmsal hüquq sahəsindəki fəallar da qanunu tənqid ediblər, onların fikrincə, bu qanun söz azadlığına ziddir.

LENT

24 İyul 2017
22 İyul 2017
21 İyul 2017
20 İyul 2017