Bu bölmə Bakcell tərəfindən təqdim olunur

İki bacı “Instagram”da canlı yayım zamanı öldü -

Ukraynanın Xarkov şəhərində avtomobildə hərəkət edən 2 qız “Instagram” üçün canlı yayım zamanı qəzaya düşüb.

 

İKT.lent.az-ın UNİAN-a istinadən verdiyi məlumata görə, qəza zamanı avtomobil yol dirəyinə çırpılıb.  

 

Olayın videosundan görünür ki, qızlar boş və işıqlandırılmamış yolda yüksək sürətlə hərəkət edirlər. Onlar zarafatlaşır, qışqırır, mahnı oxuyur və alkoqol qəbul edirlər. Videonun sonunda qısa qışqırıq və toqquşma səsi eşidilir, sonra qaranlıq görünür və qəza şahidlərinin danışığı eşidilir.

 

Hadisə zamanı 24 yaşlı sürücü qız ağır xəsarət alaraq xəstəxanaya aparılarkən keçinib. 16 yaşlı sərnişin qız isə hadisə yerində ölüb. Onlar bacı olub.
 

LENT

22 İyul 2017
21 İyul 2017
20 İyul 2017
19 İyul 2017