Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Ukrayna Təhlükəsizlik Xidməti: “Petya” virusunu Rusiya kəşfiyyatı yayıb

“27 iyun 2017-ci ildən etibarən Ukraynanın dövlət və özəl şirkətlərinin, qurumlarının sistemlərinə qarşı “Petya.A” zərərli proqram məhsulu vasitəsilə həyata keçirilən kiberhücumların arxasında Rusiya Federasiyasının xüsusi xidmət orqanları dayanır”.

 

İKT.lent.az-ın “112.ua” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəsmi açıqlamasında bildirilir.

 

Açıqlamada deyilir ki, mövcud informasiyalar, o cümlədən beynəlxalq antivirus şirkətləri ilə əməkdaşlıq çərçivəsində əldə olunan bilgilər söyləməyə əsas verir ki, son hücumlarda 2016-cı ildə Ukraynanın enerji, nəqliyyat və maliyyə sistemlərinə qarşı hücum həyata keçirmiş haker qruplarının rolu var: “Bu isə hücumun arxasında RF xüsusi xidmət orqanlarının dayandığını göstərir”.  

 

Xatırladaq ki, iyunun 27-dən etibarən Ukraynanın bank-maliyyə, nəqliyyat, energetika sektoruna aid olan dövlət qurumları və özəl şirkətləri intensiv kiberhücumlara məruz qalıb. Minlərlə kompüter “mbr locker 256” virusuna yoluxub. Bu virus monitorda özünü “Petya” kimi göstərir. Virus kompüterdəki faylları bloklayır, şifrələyir və açılması müqabilində 300 dollar tələb edir.

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017