Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Android” üçün “Skype Preview”də yeni funksiyalar yaradıldı

“Microsoft” “Android” üçün “Skype Preview” messencerinin yenilənməsini istifadəyə verib. 

İKT.lent.az-ın “oane.ws” saytına istinadən məlumatına görə, bu əlavədə yeni funksiyalar da yaradılıb.

 

İstifadəçilər digər əlavələrdən şəkil və keçidləri mübadilə edə biləcəklər. Messencer artıq “Google Play” onlayn mağazada yüklənə bilər. 

Yenilənmiş “Skype Preview” istifadəçilərə birbaşa olaraq öz profilindən kontaktları silmək imkanı da verəcək. Bundan əlavə, istehsalçılar video zəng zamanı görüntünün keyfiyyətini də yaxşılaşdırıblar. 

Qeyd edək ki, artıq yenilənmə “Skype Insiders” beta-testlər proqramının iştirakçıları olan istifadəçilər üçün əlçatandır.

Bundan öncə isə bildirib ki, iyulun 1-dən milyonlarla istifadəçi messencerə çıxış əldə edə bilməyəcəklər. Bu, onunla bağlıdır ki, proqram mobil cihazlar üçün nəzərdə tutulmuş “Windows” əməliyyat sistemli bəzi cihazları dəstəkləməyəcək.

LENT

22 İyul 2017
21 İyul 2017
20 İyul 2017
19 İyul 2017