Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“iPhone 7 Plus” liderliyini itirdi

“AnTuTu” şirkəti bu ilin may ayında eyniadlı əlavədə sınaqdan keçirilən ən məhsuldar smartfonların reytinqini dərc edib. 

İKT.lent.az-ın “ixbt.com” saytına istinadən məlumatına görə, “iPhone 7” smartfonu ötən ilin sentyabr ayında istifadəyə verildiyi vaxtdan bəri ilk dəfə olaraq liderliyini güzəştə gedib. Söhbət HTC U11 flaqman smartfonundan gedir. Bu reytinqdə “iPhone 7 Plus” ikinci yerə düşüb.

Üçüncü yeri “Xiaomi Mi 6”, dördüncü və beşinci yerləri müvafiq olaraq “Samsung Galaxy S8” və “Galaxy S8+” smartfonları tutub. “iPhone 7” smartfonu isə altıncı yerdə qərarlaşıb. Mütəxəssislər bunu “iOS 10.3” yenilənməsi çıxdıqdan sonra sınaqda məhsuldarlığın aşağı düşməsi ilə izah edirlər. 

Sonrakı yerlərdə “OnePlus 3T” və “OnePlus 3” smartfonları gəlir. Liderlərin onluğunu isə “LeEco Le Pro 3” və “Le Max” smartfonları qapayır. 

LENT

19 May 2018
18 May 2018
17 May 2018
16 May 2018
15 May 2018