Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Samsung” bərpa olunmuş “Galaxy Note 7”ni təqdim etdi

“Samsung” şirkəti bərpa etdiyi “Galaxy Note 7” smartfonunu rəsmən təqdim edib.

 

İKT.lent.az-ın xəbərinə görə, “Galaxy Note FE” (Fan Edition) adı verilən smartfonun satışlarına iyulun 7-də Cənubi Koreyada start veriləcək. Cihazın qiyməti 611 dollar olacaq. “Samsung” ümumilikdə 400 min ədəd bərpa olunmuş “Note 7” satmağı planlaşdırır.

 

Texniki xüsusiyyətlərinə gəldikdə, “Note FE”nin “Note 7”dən əsas fərqi batareyanın həcmindədir. Belə ki, batareyanın həcmi 3500 mAs-dan 3200-ə qədər azaldılıb. Bundan başqa, köhnə-yeni smartfona “Bixby” səs köməkçisi funksiyası əlavə olunub.

 

Xatırladaq ki, öz-özünə alışıb yanması və partlaması ilə əlaqədar “Samsung Galaxy Note 7” smartfonları bazardan yığışdırılmış və istehsalı dayandırılmışdı.

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017