Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Pişik quyruğu ilə “stress çarxı” fırladır -

Deyəsən, spinner və ya “stress çarxı” mövzusu hər kəsi əhatə edib.

İKT.lent.az-ın “vladtime.ru” saytına istinadən məlumatına görə, “Twitter” mikrobloqunun istifadəçiləri Yaponiyadan olan bir pişiyin quyruğu ilə spinner fırlamaq bacarığına təəccübləniblər. Qısa müddət ərzində bu video çarx 36 min retvit və 50 minə taxın “like” toplaya bilib. 

Videoda oturmuş pişiyin arxasında üç ədəd “stress çarxı” görmək mümkündür. Heyvan quyruğunu yellədir və daimi olaraq onlardan birinə toxunaraq, “stress çarxları”nı daha cəld fırlatmağa çalışır.

 

İlk əvvəldən balaca propelleri xatırladan spinner stress çıxarmaq üçün oyuncaq kimi tərtib edilib. 2017-ci ilin yazında isə olduqca böyük populyarlıq qazanıb. 
 
Müxtəlif istehsalçıların spinerləri “Amazon” və digər şəbəkə ticarəti nöqtələrində əsas bestsellerlər siyahısında 20 mövqeni tutublar.

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017