Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Samsung”un ştatı kəskin azalıb - SON 7 İLDƏ İLK DƏFƏ

“Samsung Electronics” şirkəti son 7 il ərzində ilk dəfə ştatın ixtisarı ilə bağlı hesabatını dərc edib.

İKT.lent.az-ın “The Investor” nəşrinə istinadən verdiyi məlumata görə, ötən ilin sonuna olan vəziyyətə görə, dünyanın 80 ölkəsində “Samsung Electronics” şirkətində 308 745 əməkdaş çalışıb. Bu isə 2015-ci ildəkindən 5,2 faiz azdır. Cənubi Koreyada ştatın sayı 2,8 faiz azalaraq 93 204 nəfərə çatıb.  

Şirkət daha çox əməkdaşı Çində ixtisar edib ki, orada da 37 030 nəfər çalışıb. Buradakı işçilərin sayı bir əvvəlki müddətlə müqayisədə 17,5 faiz azdır. Dünyanın ən iri smartfon tədarükçüsü Çinin ən uğurlu smartfon tədarükçüləri reytinqində 3,1 faiz payla səkkizinci sıranı tutur. 
 
Bununla belə, “Samsung”un amerikalı işçilərinin sayı bir ildə 8,5 faiz artıb və 25 988 nəfər təşkil edib. Şirkətin təkcə Şimali Amerika bazarı korporasiyaya 34 faiz gəlir gətirib.

LENT

22 İyul 2017
21 İyul 2017
20 İyul 2017
19 İyul 2017