Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Türkiyədə qanunsuz qumar-mərc saytları bloklanacaq

Türkiyədə qanunsuz fəaliyyət göstərən online qumarxana və mərc oyunlarına qarşı mübarizə başlayıb.

 

İKT.lent.az-ın “haberler.com”a istinadən yaydığı xəbərə görə, hökumət ailələrin dağılmasına, gəclərin səhv yola düşməsinə səbəb olan və ölkə iqtisadiyyatına zərər vurən qanunsuz qumar və mərc oyunları ilə mübarizə məqsədilə 2 illik plan hazırlayıb. Planda aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub:

 

- Qanunsuz qumar və mərc oyunları təşkil edənlərin gəlirləri müsadirə ediləcək;

 

- Qumar təşkil olunan məkanlar möhürlənəcək;

 

- Qumar və mərc oyunlarının reklamı qadağan olunacaq, bu cür saytlar bloklanacaq;

 

- Qumardan qazanılan pulların banklara köçürülməsinə və ya internetlə başqa hesablara göndərilməsinə imkan verilməyəcək;

 

- Qanunsuz köçürmələrdə bank kartı və ya kredit kartından istifadə mümkün olmayacaq;

 

- Qanunsuz qumar və mərci təşviq edən saytlar bloklanacaq;

 

- Qumar saytlarına giriş imkanı yaradan kafelərə ağır cəzalar veriləcək;

 

- Bu sahədəki hüquq pozuntularını araşdırmaq üçün prokurorluqda xüsusi qrup yaradılacaq;

 

- Bitcoin, ethereum, ripple kimi ödəmə kanalları əngəllənəcək;

 

- Online xəbərdarlıq sistemi qurulacaq;

 

- Qumar-mərc saytlarına daxil olanlara xəbərdarlıq gələcək;

 

- Axtarış sistemlərinə nəzarət ediləcək;

 

- Kafelər başda olmaqla, hər yerə xəbərdarlıq məqsədilə afişalar asılacaq;

 

- Gənclər, uşaqlar maarifləndiriləcək.

LENT

26 Sentyabr 2017
25 Sentyabr 2017
23 Sentyabr 2017
22 Sentyabr 2017