Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Bakıda kompüter və elektron məhsulların istehsalı artıb

Bu il Bakıda kompüter və elektron məhsulların istehsalı artıb.


İKT.lent.az-ın Bakı şəhər Statistika İdarəsinə istinadən məlumatına görə, bu ilin yanvar-may ayları ərzində paytaxtda kompüter və elektron məhsullarının, elektrik avadanlıqlarının istehsalı sahələrində 51,4 milyon manatlıq məhsul istehsal olunub.

Əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə kompüter və elektron  məhsullarının istehsalı 5 faiz, elektrik avadanlıqlarının istehsalı isə 32,8 faiz  artıb. 

Beş ay ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qızdırıcı məişət cihazlarının istehsalı 4,3 dəfə, məişət soyuducularının istehsalı 13,3 faiz artıb.

LENT

22 İyul 2017
21 İyul 2017
20 İyul 2017
19 İyul 2017