Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“WhatsApp”da yeni imkanlar yaradıldı

Populyar “WhatsApp” əlavəsinin istifadəçilərini yenilənmələr gözləyir.

İKT.lent.az-ın Vistanews.ru saytına istinadən məlumata görə, tərtibatçılar iki yeni emodzi funksiyasını və “Night Mode”u istifadəçilərin ixtiyarına veriblər. 

İstilən arzu edən şəxs əlavəni “Play Store” saytından yükləyərək, onun yeni imkanlarını beta versiyada sınaqdan keçirə bilər.  

Artıq yeni 2.17.148 versiyasında şriftin dəyişdirilməsi üçün seçimlərdə yeni panel olacaq ki, o da hələ ötən il təqdim edilib. Ancaq akkauntun bir çox istifadəçiləri bu dəyişikliyi görməyiblər. Artıq söhbət edərkən şrifti qalın, kursiv və ya altından xətt çəkilmiş kimi dəyişmək mümkün olacaq. 

Bu gün sınaqlar əlavə emodzilərlə aparılır ki, onlar da çatda emosiyaları bildirmək üçün istifadə ediləcək. Bu funksiya istifadəçinin istəyi və sorğusu ilə lazımi emodzini dərhal tapa biləcək.
 
“Night Mode” funksiyası isə söhbət edilən zaman sutkanın qaranlıq vaxtında edilən və çəkilən şəkillərin daha keyfiyyətli olması üçün tərtib edilib. 

LENT

22 İyul 2017
21 İyul 2017
20 İyul 2017
19 İyul 2017