Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Samsung” “Galaxy S8 mini” istehsal edəcək

Cənubi Koreyanın “Samsung” şirkəti “Galaxy S8 mini” smartfonunu istehsal edəcək.

İKT.lent.az-ın İnformationsociety.co.uk saytına istinadən məlumatına görə, şirkət bir neçə il əvvəl öz flaqman smartfonlarının mini versiyalarını istehsal edib və yenidən belə bir təcrübəsinə dönə bilər. 

Əldə olunan məlumatlara görə, “Galaxy S8 mini” xüsusiyyətləri tam həcmli flaqmanlardan bir az sadə olacaq. Belə ki, cihaz 5,3 düymlu displeyə malik olacaq. Ancaq o, çərçivəsiz olacaq və həcmi ənənəvi 4,7 düym həcmli smartfonuna yaxın olacaq. 

Smartfon “Snapdragon 821” prosessoruna və 4 Gb əməliyyat yaddaşına malik olacaq. Onun yaddaşının həcmi isə 32 Gb təşkil edəcək. Həmçinin göz bəbəyinin skanerinin olacağı da gözlənilir. 
 
Cənubi Koreya istehsalçısının yeni smartfonunun qiyməti və istehsal tarixi barədə hələlik heç bir məlumat yoxdur. 

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017