Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Üzərində Tatarıstan gerbi olan “Nokia 3310” buraxıldı

“Caviar” şirkəti “Nokia 3310” telefonunun yeni versiyasını istehsal edib. 

İKT.lent.az-ın “gazetadaily.ru” saytına istinadən məlumatına görə, bu dəfə telefon Tatarıstana həsr edilib. 

Telefon aparatının arxa qapağında respublikanın gerbi mövcuddur və o, ikiqat qızıl tozu ilə örtülüb. Həmçinin bahalı metalla üzərində Tatarıstan himnindən sitat yazılmış cədvəl də düzəldilib. 

Bildirilir ki, telefonun korpusunda Tatarıstanın milli rəmzi olan uçan bars çəkilmiş iri gerbi yaradılıb. Uçan bars ölkə əhalisini hər hansı uğursuzluqlardan qoruyur. Bu görüntünü ölkə himnindən seçilmiş ifadənin qızılı hərflərlə yazılması tamamlayır. 

Bu seriyadan olan bütün telefonlarda olduğu kimi, ”Nokia 3310 Atlante Tatarstan Damascus Gold” da titan korpusa malikdir. Telefonu artıq sifariş etmək mümkündür. Onun qiyməti isə 129 000 rubl və ya 2 180 dollar təşkil edir.

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017