Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Dünyanın ən populyar brauzeri hansıdır? - REYTİNQ

“Google Chrome” populyarlığına görə dünyada brauzerlər arasında ilk yeri tutur. 

İKT.lent.az-ın Neowin.net portalına istinadən məlumatına görə, “NetMarketShare” və “StatCounter” şirkətlərinin apardığı təhlilə əsasən, bir il ərzində “Google” brauzerinin payı 10,84 faiz artıb. 2016-cı ilin iyul ayında bu rəqəm 58,65 faiz təşkil edirdisə, 2017-ci ilin iyul ayında bu rəqəm 59,49 faizə qədər yüksəlib.

İkinci yeri bu dəfə də “İnternet Explorer” brauzeri tutur. Ancaq bununla belə, o, öz mövqelərini ciddi şəkildə itirib. Onun payı 14,81 faizə qədər azalıb. Əgər 2017-ci ilin iyun ayında bu brauzer bazarın üçdə birini - 31,65 faizini əldə saxlayırdısa, 2017-ci ilin may ayında bu göstərici 16,84 faizə qədər azalıb. 

Üçüncü yeri “Firefox” brauzeri tutub. Bu brauzer öz göstəricilərini 7,8 faizdən 12,02 faizə qədər yaxşılaşdırıb.

 

Digər brauzerlər arasında bazarın təxminən 5 faizinə “Microsoft Edge” gəlir. Bu brauzer də artıq iki il müddətində “Windows 10” əməliyyat sistemli cihazlarla birgə təqdim edilir. 3,5 faiz bazar payı isə “Safari” brauzerinə məxsusdur.

Qeyd edək ki, bu statistik məlumatlar 20 min nəfər “NetMarketShare” və 2,5 milyon nəfər “StatCounter” saytlarının istifadəçilərinin məlumatları əsasında əldə edilib. 

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017