Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Petya”nın hücumunun 2-ci mərhələsi dayandırıldı - UKRAYNA DİN

“Kiberpolisin xüsusi agentləri Ukrayna Təhlükəsizlik Xidmətinin və şəhər prokurorluğunun mütəxəssisləri ilə birlikdə “Petya”  kiberhücumunun ikinci mərhələsinin qarşısını alıb”.

 

İKT.lent.az-ın xəbərin görə, bu barədə Ukraynanın daxili işlər naziri Arsen Avakov “Facebook”da yazıb.

 

“Hücumun pik anı iyulun 4-də saat 16:00-ya nəzərdə tutulmuşdu. Hücum saat 13:40-da başladı. 15:00-a qədər kiberpolis virusun aktivasiyasını və istinadlarını blok etdi”, - deyə o, bildirib.

 

A. Avakov hücumun dayandırıldığını deyib: “Serverlər götürüldü – rusiyalı kibercinayətkarların izləri ilə birlikdə... Xüsusi agentlərimizə təşəkkürlər!”

  

Nazirin sözlərinə görə, Ukrayna informasiya sistemlərinin “Petya” virusuna yoluxması sənədlərin dövriyyəsi və hesabatlar üçün nəzərdə tutulan “M.E.Doc” proqram təminatının yenilənməsi nəticəsində baş verib. A. Avakov qeyd edib ki, “M.E.Doc” proqramının tərtibatçısı olan şirkət boşluqlar barədə məlumatlı olsa da, tədbir görməyib. Təhqiqat çərçivəsində bu şirkətdə axtarış aparılıb və serverləri götürülüb. 

LENT

20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017