Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Foxconn” Hindistana 5 milyard dollar investisiya qoyacaq

“Foxconn” şirkəti Hindistanda biznesin inkişafına 5 milyard dollara yaxın investisiya yatırmaq niyyətindədir. 

İKT.lent.az-ın “Times Of India” saytına istinadən məlumatına görə, şirkət bu ölkəni Çindən sonra ikinci istehsal mərkəzi etmək fikrindədir. 

“Foxconn” şirkətinin Hindistan bazarına investisiyaları artırmasına əsas səbəblərdən biri yerli hökumət tərəfindən ölkə daxilində məhsul istehsalını sahmana salacaq mobil cihazlar və aksesuarların istehsalında vergi güzəştlərinin tətbiq edilməsidir. 

Bundan başqa, ötən həftənin şənbə günü hökumət ölkəyə mobil telefonların, həmçinin onların hissələri və aksesuarlarına gətirilməsinə əlavə 10 faizlik gömrük rüsumunun tətbiqini həyata keçirib. Bura enerji doldurucu cihazlar, qarniturlar, akkumulyatorlar və sairə əşyalar da daxildir. 

“Foxconn”un sərmayə yatıracağı əsas istiqamət displeylərin istehsalıdır. Bu sahəyə 3 milyard dollar xərclənəcək. Bu vəsaitlərin investisiya edilməsi prosesinə gələn ildən başlanacaq.

LENT

22 İyul 2017
21 İyul 2017
20 İyul 2017
19 İyul 2017