Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“iPhone”u 5 dəqiqəyə necə doldurmaq olar?

“Apple” smartfonlarını cəmi 5 dəqiqəyə enerji ilə doldurmaq mümkündür.

İKT.lent.az-ın Rueconomics.ru saytına istinadən məlumatına görə, belə bir nəticəyə elektron cihazlar sahəsindəki mütəxəssislər gəliblər.

 

Enerji ilə tez doldurulmanın yeni metodu ancaq yeni cihazlara, xüsusilə də “iPhone 6” və “iPhone 7” smartfonlarına aiddir.

Mütəxəssislər qeyd edirlər ki, ilk növbədə cihazın vəziyyətini yoxlamaq lazımdır. Onlar necə istifadə edildiyini və enerji necə doldurulduğunu müəyyən etməyi məsləhət görürlər. 

Ən tez enerji ilə dolmanı divara bərkidilmiş “iPadPro” cihazı təmin edə bilər. Enerji ilə doldurulma zamanı isə “iPhone”u aviarejimə keçirmək lazımdır ki, artıq enerji istifadəsi baş verməsin.

Maraqlıdır ki, mütəxəssislər cihaz enerji ilə doldurulan zaman ekranının qoşulmasını da məsləhət görmürlər. Onların sözlərinə görə, bu zaman “iPhone” smartfonlarını cəmi bir neçə dəqiqə ərzində tam doldurmaq mümkündür.

LENT

22 İyul 2017
21 İyul 2017
20 İyul 2017
19 İyul 2017