Bu bölmə Bakcell tərəfindən təqdim olunur

ABŞ daha bir rusiyalı hakeri ələ keçirdi

Latviyada yaxalanan və kiberfırıldaqçılıqda ittiham olunan rusiyalı haker Yuri Martışov ABŞ-a ekstradisiya edilib.

 

İKT.lent.az-ın RBK-ya istinadən verdiyi məlumata görə, Rusiyanın ABŞ-dakı səfirliyi faktla bağlı etiraz bəyanatı yayıb. Bəyanatda Y. Martışovun ekstradisiyası adam oğurluğu kimi qiymətləndirilir: “Bu faktı Rusiya vətəndaşının ABŞ hakimiyyəti tərəfindən oğurlanmasına dair növbəti hadisə və qarşılıqlı hüquqi yardım haqqında 1999-cu ildə imzalanmış sazişin pozulması sayırıq”.  

 

Səfirlikdən bildirilib ki, Y. Martışov ötən həftə ABŞ-a təhvil verilib və hazırda Virciniya ştatının Aleksandriya şəhərindəki təcridxanada saxlanılır. İlkin məlumatlara əsasən Rusiya vətəndaşı kiberfırıldaqçılıqda və bank kartları sahiblərinin şəxsi məlumatlarının oğurlanmasında ittiham edilir.

 
Xatırladaq ki, son illər ABŞ-da kiberhücumlarda və başqa cinayətlərdə ittiham olunan 20-dən çox Rusiya vətəndaşı dünyanın müxtəlif ölkələrində yaxalanaraq ABŞ-a təhvil verilib.

LENT

24 İyul 2017
22 İyul 2017
21 İyul 2017
20 İyul 2017