Bu bölmə Bakcell tərəfindən təqdim olunur

ABŞ-ın AES-lərinə haker müdaxiləsi - YENƏ RUSLAR...

Vaşinqton Moskvanın ABŞ ərazisində onlarla elektrik stansiyasına, o cümlədən nüvə qurğularına haker hücumları təşkil etməsindən şübhələnir.  

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə “Bloomberg” amerikalı dövlət məmurlarına istinadən məlumat yayıb. Agentliyin həmsöhbətləri bildiriblər ki, hücumlar bir həftə öncə ölkənin enerji təminatını pozmaq, eləcə də elektrik enerjisi təminatı sahəsindəki idarəetmə sistemlərinə daxil olmaq məqsədilə həyata keçirilib.  

 

Hakerlərin daxil olmaq istədiyi qurumlardan biri “Wolf Creek” AES olub. Stansiya nümayəndələri faktı təsdiqləyərək hadisənin onların içinə mane ola bilmədiyini deyiblər. ABŞ təhlükəsizlik strukturları hazırda ictimai təhlükəsizlik üçün hər hansı təhdidin olmadığını söyləyiblər.

”Bloomberg” qeyd edib ki, ABŞ prezidenti Donald Trampın kiberhücumlar mövzusunu Rusiya prezidenti Putinlə müzakirə etmək imkanı var. Lakin Trampın görüşdə bu məsələni qaldırıb-qaldırmayacağı bəlli deyil.

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017