Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Samsung” bərpa etdiyi “Galaxy Note 7”ni satışa çıxardı

“Samsung” şirkəti bərpa etdiyi “Galaxy Note 7” smartfonunu bu gündən satışa çıxarıb.

 

İKT.lent.az-ın Vistanews.ru-ya istinadən xəbərinə görə, cihazın qiyməti orijinalla müqayisədə 30 faiz ucuz - 611 dollardır. “Samsung” ümumilikdə 400 min ədəd bərpa olunmuş “Note 7” satmağı planlaşdırır.

 

Texniki xüsusiyyətlərinə gəldikdə, “Note FE”nin “Note 7”dən əsas fərqi batareyanın həcmindədir. Belə ki, batareyanın həcmi 3500 mAs-dan 3200-ə qədər azaldılıb. Bundan başqa, köhnə-yeni smartfona “Bixby” səs köməkçisi funksiyası əlavə olunub. Opetariv yaddaşı 4 Gb-dır.

 

Xatırladaq ki, öz-özünə alışıb yanması və partlaması ilə əlaqədar “Samsung Galaxy Note 7” smartfonları bazardan yığışdırılmış və istehsalı dayandırılmışdı.

LENT

19 May 2018
18 May 2018
17 May 2018
16 May 2018
15 May 2018