Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Rusiya iki əməliyyat sistemli smartfon buraxdı

Rusiyada iki əməliyyat sistemli smartfon təqdim olunub. İKT.lent.az-ın Vladtime.ru-ya istinadən xəbərinə görə, yeniliyi Açıq Mobil Platformanın (AMP) baş direktoru Pavel Eyqes təqdim edib.

 

Onun sözlərinə görə, yeni smartfon "Sailfish" və "Android" əməliyyat sistemlərində çalışır. Telefonu yandırdıqda iki əməliyyat sistemindən birini seçmək lazım gələcək. "Sailfish" korporativ müştərilər üçün, "Android" isə şəxsi ehtiyaclar üçün sərfəlidir.

 

AMP təxminən 500 min ədəd bu cür smartfon buraxmağı planlaşdırır. Korporativ müştəri tabeçiliyində olanların qurğularına nəzarət edə biləcək, o cümlədən kameranı qoşmağa və geolokasiyanı açmağa imkan verməyəcək.

LENT

22 İyul 2017
21 İyul 2017
20 İyul 2017
19 İyul 2017