Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Xiaomi” smartfon satışlarını 70 faiz artırıb

Bu ilin ikinci rübündə “Xiaomi” şirkəti 23,16 milyon ədəd smartfonun satışını həyata keçirə bilib. 

İKT.lent.az-ın ixbt.com saytına istinadən məlumatına görə, bu, daha əvvəlki rübün göstəricisindən 70 faiz çoxdur. 

Təəssüf ki, mənbə illik nisbətdə dəyişikliklər barədə heç bir məlumat vermir. Ancaq rüblük nisbətdə olsa da, nəhəng artım “Xiaomi” üçün olduqca vacibdir. Belə ki, şirkət ötən ildən başlayaraq bazarı itirməyə və satışları azaltmağa başlayıb.  

“Xiaomi”nin Hindistan bölməsinin gəlirləri isə bir il ərzində 328 faiz artıb. Şirkətin istehsal etdiyi “Redmi Note 4” modeli bu ölkədə ən çox satılan smartfon olub. 

Uğurlu rüblük nəticələri fonunda şirkətin icarçı direktoru Ley Tzyun (Lei Jun) “Xiaomi” qarşısında iki yeni hədəf qoyub: bu il 14,7 milyard dollar gəlir əldə etmək və gələn ilin nəticələrinə görə 100 milyon ədəd smartfon satışı nümayiş etdirmək.

LENT

22 İyul 2017
21 İyul 2017
20 İyul 2017
19 İyul 2017