Bu bölmə Bakcell tərəfindən təqdim olunur

LG əyilən OLED displeylər buraxacaq

Cənubi Koreya istehsalçısı LG şirkəti 2020-ci ildə OLED texnologiyalı əyilən displeylərin istehsalına başlayacaq.

İKT.lent.az-ın Vevby.ru saytına istinadən məlumatına görə, şirkət nümayəndələri etiraf ediblər ki, hazırda 55 və 75 düym həcm diaqonallı belə ekranların tərtibat işləri gedir. İnnovativ ekranların yaradılması üçün orqanik texnologiyalı yarımkeçirici cihazlardan istifadə olunacaq. 

Əyilən OLED displeyləri hamar olmayan səthdə asanlıqla yerləşdirmək və hətta boru şəklində qatlamaq imkanı olacaq. LG şirkətinin nümayəndələri əmindirlər ki, bu ekranlar istismarda olduqca rahat və praktik olacaqlar.

LENT

22 İyul 2017
21 İyul 2017
20 İyul 2017
19 İyul 2017