Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“iPhone 9”un unikal xüsusiyyətləri məlum oldu

Sentyabrda yeni “iPhone 8” flaqman smartfonunun təqdimatı baş tuta bilər. 

İKT.lent.az-ın Rueconomics.ru saytına istinadən məlumatına görə, bu arada tərtibatçılar “iPhone 9” haqqında şayiələri bölüşürlər. 

Mütəxəssislərin sözlərinə görə, yenilik “Apple”in əsas rəqibi olan “Samsung” şirkətinin istehsalı olan OLED displeyə malik olacaq. 

Qeyd edilir ki, “Apple” şirkəti OLED ekranların xeyrinə LCD ekranlar texnologiyasından tamamilə imtina etməyi planlaşdırır. Xatırladaq ki, şirkətin cari flaqmanları olan “Phone 7” və “Phone 7 Plus” smartfonları LCD displeyə malikdirlər.

Mobil texnika saHəsindəki mütəxəssislərin sözlərinə görə, OLED ekran LCD ekranlara nisbətən ən yaxşı rəng ötürmə, parlaqlıq və kontrasta malikdir. Bundan başqa, belə displeylər daha nazik və plastikdir. 

LENT

22 İyul 2017
21 İyul 2017
20 İyul 2017
19 İyul 2017