Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Seks robotları zorlayanlar cərimələnsin! - İLGİNC TƏKLİF

Analitiklər yaxın illərdə seks robotların gündəlik həyatda geniş tətbiq ediləcəyini proqnozlaşdırırlar.

İKT.lent.az-ın Vladtime.ru saytına istinadən məlumatına görə, “Foundation for Responsible Robots” şirkətindən olan hüquq müdafiəçiləri Hollandiyada bütün dünya ölkələrinin hökumətlərini Cinayət Məcəlləsinə seks üçün nəzərdə tutulan kuklaların zorlanması ilə bağlı maddə daxil etməyə çağırış ediblər. 

Hollandiyada yerləşən beynəlxalq hüquq müdafiə təşkilatının nümayəndələri əmindirlər ki, robotların istifadəsi ilə bağlı olacaq mənəvi və etik problemlərlə məşğul olmağı davam etdirməyə ehtiyac var. Bu onunla bağlıdır ki, yaxın illərdə bütün dünyada seks üçün nəzərdə tutulan robotlar geniş yayıla bilər. Bu robotların ilk istifadəçiləri isə qocalar evlərinin sakinləri və obyektiv səbəblərdən cinsi aktivliyi məhdud olan vətəndaşlar istifadə edəcəklər. Onlardan bəziləri öz əməllərini dərk etmirlər və adi insanla seks kuklaya fərq qoymaya bilərlər. Digərləri isə onlara qarşı öz əməlləri ilə zor tətbiq etmə meylərini nümayiş etdirəcəklər. Məhz bunun üçün də seks üçün nəzərdə tutulan robotların təhlükəsizliyini dərhal müxtəlif qaydalarla və məhdudiyyətlərlə qanunvericilik səviyyəsində təmin etmək lazımdır.

 
Sənəd müəllifləri hesab edirlər ki, robotun zorlanmasını kriminallaşdırılmağa ehtiyac var. Bu səbəbdən bu cür kuklalara sensorlar tətbiq ediləcək və seksual tələbatları ödəmək üçün zor tətbiqi zamanı onların istifadəsinə məhdudiyyətlər qoyulacaq. 

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017