Bu bölmə Bakcell tərəfindən təqdim olunur

LG Q6-nın mini versiyasını təqdim etdi

LG şirkəti özünün Q6 flaqman smartfonunun mini versiyasını təqdim edib.

 

İKT.lent.az-ın “TechRadar”a istinadən verdiyi məlumata görə, çərçivəsiz yeni smartfon 3 versiyada (LG Q6, LG Q6+ və LG Q 6a) hazırlanıb.

 

Yeni cihazın ən önəmli xüsusiyyəti budur ki, o, barmaq izi skaneri əvəzinə üz tanıma funksiyası ilə təmin edilib. Ekran 5,5 ölçülü və 2880x1440  pikseldir. Cihaz “Snapdragon 435” prosessoru ilə təchiz edilib, əsas kamera 13 Mp, ön kamera 5 Mp, akkumulyatorun həcmi 300 mAs-dır. Smartfon “Android 7.1.1 Nougat” əməliyyat sistemi ilə çalışır.

 

Modifikasiyalar arasında yeganə fərq müxtəlif yaddaş həcmlərindən ibarətdir. Top versiya 4 GB operativ və 64 GB daxili yaddaşa, kiçik versiya isə müvafiq olaraq 2 GB və 16 GB yaddaş həcminə malikdir.

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017