Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Gangham Style”ın hökmranlığı bitdi - "YOUTUBE"da YENİ LİDER -

“YouTube”da ən çox izlənən video dəyişib.

 

İKT.lent.az-ın xəbərinə görə, artıq Cənubi Koreya ifaçısı, PSY təxəllüslü Pak Çe Sanın “Gangham Style” mahnısı “YouTube”un ən populyar videosu deyil. “Forsaj-7” filmindən “See You Again” mahnısının ifa olunduğu hissə birinciliyə yüksəlib.

 

“Gangnam Style” 2 milyard 895 milyona yaxın izlənildiyi halda, “See You Again” artıq 2 milyard 895 milyondan çox baxış toplayıb.

 

Qeyd edək ki, 7-ci “Forsaj” Pol Uokersiz çəkilib. O, 2013-cü il noyabrın 30-da avtoqəza nəticəsində həyatını itirib. Filmin finalında “See You Again"in müşayiəti ilə qəhrəman dostlarından ayrılır. Uokerin çəkildiyi kadrlar klipdə də istifadə olunub. Mahnını məşhur reper Uiz Xalifa və Çarli Put ifa edib. 

LENT

22 İyul 2017
21 İyul 2017
20 İyul 2017
19 İyul 2017