Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Ukrayna Təhsil Nazirliyinin saytında biabırçı şəkillər yerləşdirildi

Ukraynanın Təhsil və Elm Nazirliyinin rəsmi saytı hakerlər tərəfindən sındırılıb və resursun əsas səhifəsində əxlaqsız şəkillər yerləşdirilib.

İKT.lent.az-ın Rueconomics.ru saytına istinadən verdiyi məlumata görə, sayta haker hücumu bu səhər baş verib.

 

Saytın əsas səhifəsinə keçiddə “Sevastyanova” soyadı ilə imzalanmış açıq-saçıq şəkillər açılıb. Həmçinin bu şəkli nalayiq yazışmalar müşayiət  edilib. 

Hazırda Ukraynanın Təhsil və Elm Nazirliyinin saytı bərpa edilib və normal rejimdə işləyir. Kibercinayətkarların şəxsiyyətləri və məramları naməlum olaraq qalır. 

Xatırladaq ki, iyunun sonunda dövlət şirkətləri və hökumət qurumlarının serverləri “Petya” virusuna yoluxublar. Bu virus bloka salınmış kompüterlərdən pul tələb edib.

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017