Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Viski ilə işləyən avtomobil sınaqdan keçirildi

Öz viskisi ilə tanınan Şotlandiyadan olan alimlər hətta avtomobilə də bu tanınmış milli içkini "içməyi" öyrədiblər. 

İKT.lent.az-ın Riafan.ru saytına istinadən məlumatına görə, avtomobil artıq yolda ilk uğurlu sınağını da keçib. 

Avtomobilin çəninə biobutan adlanan yeni növ yanacaq doldurulub. Bu yanacağı viski istehsalında əldə edilən tullantılardan yaradıblar və ona distillat əlavə edilib. 

Test-drayvın şahidləri deyirlər ki, “içkili” maşın yollarda özünü olduqca əla aparır və qeyri-adi benzinlə doldurulduğunu büruzə vermir. 

Mühərrikin tərtibatı ilə məşğul olan şirkət artıq yeni yanacağın istehsalını həyata keçirəcək zavodun inşası üçün qrant alıb. 

LENT

22 İyul 2017
21 İyul 2017
20 İyul 2017
19 İyul 2017